Tibbi xəbərlər
May günəşi yay günəşindən
Tibbi xəbərlər
8

May günəşi yay günəşindən niyə daha təhlükəlidir?

Dermatoveneroloqlar xəbərdarlıq edirlər ki, may günəşi düşündüyümüzdən daha təhlükəli ola bilər. Mütəxəssislərin sözlərinə görə, yaz aylarında dəri ultrabənövşəyi şüalara hələ tam uyğunlaşmadığı üçün günəş yanıqları daha asan yaranır.

E-saglam.az xəbər verir ki, qış aylarında melanin istehsalı azalır və dəri günəşə qarşı daha həssas olur. Yazda havanın sərin və küləkli keçməsi isə insanlarda aldadıcı rahatlıq yaradır. Nəticədə insanlar günəş altında daha uzun müddət qalır və yanıq riskini hiss etmirlər.

Mütəxəssislər bildirirlər ki, may ayında günəş şüalarının intensivliyi yay aylarına yaxın olur. Üstəlik, atmosfer daha şəffaf olduğu üçün ultrabənövşəyi şüalar dəriyə daha güclü təsir göstərə bilir.

Həkimlər çölə çıxmazdan əvvəl UV indeksini yoxlamağı tövsiyə edirlər. Yaz aylarında, hətta şəhərdə belə, SPF 30 və daha yüksək qoruyuculu günəş kremlərindən istifadə vacib sayılır. Günəş kremi çölə çıxmazdan təxminən 15 dəqiqə əvvəl çəkilməli və hər iki saatdan bir yenilənməlidir.

Mütəxəssislər əlavə olaraq papaq və gün eynəyindən istifadə etməyi də məsləhət görürlər. Günəş yanığı zamanı isə sərin duş qəbul etmək və sakitləşdirici sprey və ya krem istifadə etmək tövsiyə olunur. Skrab və pilinq kimi prosedurlar isə vəziyyəti daha da ağırlaşdıra bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun