Masallı rayon sakini 2007-ci il təvəllüdlü Səfurə Qubadovanın iyulun 16-da ölü döl diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olması faktı ilə bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.
E-saglam.az xəbər verir ki, məlumatı Baş prokurorluğun mətbuat xidməti yayıb.
Masallıda 17 yaşlı ananın körpəsi ölü doğulub.
TƏBİB-dən E-saglam.az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 15-də Masallı rayonu, Təklə kənd sakini, 2007-ci il təvəllüdlü Qubadova Səfurə Elvin qızı Rayon Mərkəzi Xəstəxanasının Doğuş və ginekologiya şöbəsinə daxil olub.
Qeyd olunub ki, anaya 40 həftəlik dölün (USM-ə görə 36 həftəyə uyğun) bətndaxili ləngiməsi, dölyanı mayenin azlığı diaqnozu qoyulub. O, müayinə olduqdan sonra daha ixtisaslı tibbi yardım üçün təcili tibbi yardım ilə saat 15:45-də Lənkəran Regional Perinetal Mərkəzə göndərilib.
Bildirilib ki, pasiyent qeyd olunan xəstəxanada yatmaqdan imtina edib və bu gün ölü döl diaqnozu ilə yenidən xəstəxanaya daxil olub. Saat 05:30-da cinsi qız, çəkisi 2.8 kq, boyu 49 sm çəkidə ölü körpə doğulub.