Tibbi xəbərlər
Maraqlı kəşf: Aspirin bu xərçəng növlərinin
Tibbi xəbərlər

Maraqlı kəşf: Aspirin bu xərçəng növlərinin qarşısını ala bilər

Alimlər aspirinin bəzi xərçəng növlərinin yayılmasının qarşısını ala biləcəyini müəyyən ediblər. Araşdırmalara görə, aspirin immun sistemini gücləndirərək, xərçəng hüceyrələrinin məhv edilməsini asanlaşdırır.

E-saglam.az xəbər verir ki, Kembric Universitetinin apardığı tədqiqat metastaz prosesində rol oynayan 810 gen üzərində araşdırma aparıb və 15 genin əsas təsirə malik olduğu aşkar edilib. Xüsusilə, ARHGEF1 adlı genin olmadığı siçanlarda xərçəngin ağciyər və qaraciyərə yayılmasının xeyli azaldığı müəyyən olunub.

Bu gen immunitetin xərçəng hüceyrələrini tanıyıb məhv etməsinə mane olan tromboksan A2 (TXA2) adlı maddəni aktivləşdirir. Aspirin TXA2 istehsalını azaltdığından, immunitet metastazlaşmış xərçəng hüceyrələrinə daha effektiv hücum edə bilir. Tədqiqatlar göstərir ki, aspirin qəbul edən siçanlarda xərçəngin yayılma sürəti daha aşağıdır.

Tədqiqatçılar bu mexanizmin erkən mərhələdə xərçəngin yenidən yaranmasının qarşısını almaqda böyük potensiala malik olduğunu bildirirlər. Hazırda London Universitet Kolleci aspirinin döş, mədə, prostat və bağırsaq xərçəngi xəstələrində effektivliyini sınayır.

Ancaq mütəxəssislər xəbərdarlıq edirlər ki, aspirin bəzi insanlarda mədə qanaması və xoraya səbəb ola bilər. Buna görə də, həkim məsləhəti olmadan istifadəsi tövsiyə edilmir. Tədqiqatçılar gələcəkdə aspirinin müsbət təsirlərini saxlayıb yan təsirlərini azaldan daha hədəfli dərmanların inkişaf etdirilə biləcəyini düşünürlər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun