Tibbi xəbərlər
Loqoped uşaqlarda kəkələmənin əsas səbəbini
Tibbi xəbərlər
279

Loqoped uşaqlarda kəkələmənin əsas səbəbini açıqlayıb

Kəkələmə nitqin tempo-ritmik tərəfinin pozulmasına aid olub, nitq aparatı əzələlərinin qıcolma spazmları nəticəsində nitqdə fasilələrin, təkrar olunmaların, uzadılmaların müşahidəsidir.

E-saglam.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin aparıcı loqopedi Aygün Ələkbərova söyləyib. Onun sözlərinə görə, uşaqlarda kəkələmənin əsas səbəbi beynin müəyyən mərkəzlərində həddindən artıq aktivlikdir: “Bu aktivliyin yaranmasının dəqiq səbəbləri bu gün də məlum deyil. Həkimlər kəkələmənin yaranması üçün yalnız risk qruplarını müəyyən edirlər. Buna qıcolmalara meyillilik, sinir sisteminin həssaslığı və s. aid edilir”.

A.Ələkbərova qeyd edib ki, genetika sahəsində aparılan son araşdırmalara görə, irsi kəkələmə bir ailənin üzvlərində özünü göstərə bilər: “Uşağın mərkəzi sinir sistemi, nitq aparatının inkişafının zəifliyi olduğu hallarda irsi kəkələmə müşahidə edilir. Kəkələmə qızlara nisbətən oğlanlarda 4 dəfə artıq müşahidə olunur”.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun