Qidalanma
Lobya təzyiq dərmanına çevrildi:
Qidalanma
232

Lobya təzyiq dərmanına çevrildi: Diyetoloqdan gözlənilməz tövsiyə

Diyetoloq Tim Spektor bildirib ki, lobya qan təzyiqini tənzimləməyə kömək edən iki vacib elementlə – kalium və liflə zəngindir. Kalium bədəndən artıq duzu çıxarır, lif isə damar sağlamlığını dəstəkləyir.

E-saglam.az xəbər verir ki, bu barədə o, Daily Mirror qəzetinə danışıb.

“Gündə cəmi beş qram əlavə lif qəbul etmək, duzu azaltmaqla müqayisədə təzyiqin aşağı düşməsində ikiqat daha təsirli ola bilər,” – deyə Spektor vurğulayıb.

Diyetoloq əlavə edib ki, lobya yalnız artıq yüksək təzyiqi olan insanlar üçün deyil, ümumiyyətlə hər kəs üçün faydalıdır. Çünki hipertoniya çox zaman gizli şəkildə inkişaf edir və bir çox insan bu problemin fərqində olmur. Halbuki təzyiq artımı vaxtında qarşısı alınmasa, ürək xəstəlikləri, görmə problemləri, insult və böyrək çatışmazlığı kimi ciddi fəsadlara yol aça bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun