Tibbi statistikaya görə, 30-40% xəstələr çox yüksək təzyiqi hiss etmirlər, nə başları ağrıyır, nə gözləri.
Hətta bəziləri uzun illər təzyiq xəstəsi olduqlarını da bilmədən yaşayırlar. Və günlərin bir günü qəfil qalxan təzyiq fəsadını göstərir.
E-saglam.az təzyiqi hiss etməməyin səbəblərini təqdim edir.
İlk öncə qeyd edək ki, əgər bir insanda gündəlik təzyiq 140/90- dan yuxarıdırsa, o hipertoniya xəstəsidir və təzyiqi hiss etdi etmədi bu müalicə olunmalıdır.
Təzyiqi hiss etməyənlər kimlərdir:
- Piylənməsi olanlar
- Şəkərli diabet xəstələri
- Bəzi xroniki xəstəliyi olanlar
- Ürəyində gizli problemi olanlar
- Uzun müddət bədəni bu təzyiqdə dayanmağa məcbur edib tədbir görməyənlər
Nə etməli?
Həkimə getməzdən öncə təzyiq gündəliyi tutun.
Tanometr alıb, hər gün 3 dəfə müxtəlif saatlarda təzyiqi ölçüb, bura qeyd edin.
Bunun sayəsində siz yüksək rəqəmləri bir dəfə də olsun tutacaqsız və həmin vaxt özünüzü necə hiss edəcəyinizi biləcəksiz.
2-ci variant- xüsusi sutkalıq təzyiq ölçən elektron cihazı qoşdurmaq. Bunu xəstəxanada edirlər. Cihaz bədənə taxılır və siz 1 gün bu cihazla gündəlik həyata davam edirsiz. Siz yuxuda olanda belə o təzyiqi qeydə alır. Sonra həkim bu qeydlərə baxır. Cihaz təzyiqinizi siz hiss etmədən hər 30dəqiqədən bir ölçəcək.
Əgər təzyiq gündə 1 dəfə də olsa 150-160-ı keçdisə nə etməli?
- Ürəyin USM – ekokardioqrafiyasını etdirməli
- Kardioqramma çəkdirməli
- Boyun və başın şah damarlarının UZİ-sini etdirməli. Ayaq damarlarının dopleri
- Analizlər vermək: qan analizi, sidik analizi, kreatin, sidik turşusu, xolesterin, LDH – lipid, qanda şəkər
Yüksək təzyiqin səbəbləri araşdırılıb, hər gün təzyiqin neçə olmasından asılı olmayaraq qəbul edəcəyiniz dərman təyin ediləcək.
Özünüzə necə kömək etməli?
- Qidalanmanı dəyişməli, ağır, yağlı, duzlu, şirniyyatı azaltmalı
- Bədən çəkisini az da olsa azaltmaq
- Fiziki aktivlik
- Gündə ən azı 5000 addım gəzmək
- Yanaşı xəstəlikləri müalicə etmək
- Hər gün 1,5 litr təmiz su içmək
- Stresi azaltmaq /medicina.az/