Lipoma şişləri zamanı fitoterapiya
Lipoma şişləri zamanı fitoterapiya

Lipomalar nazik fibroz kapsulaya bürünmüş yetişmiş piy hüceyrələrinin toplumudur. Lipoma bədənin istənilən hissəsində piy toxuması olan yerdə inkişaf edə bilər.

Bu sözləri E-saglam.az-a açıqlamasında həkim-fitoterapevt, Avropa İnteqrativ Tibb Cəmiyyətinin üzvü, dərman bitkiləri və arı məhsulları üzrə İstanbul Medipol Universitetinin tədqiqatçısı Dr. Elnur Eldaroğlu deyib. 

Onun sözlərinə görə, adətən lipomalar beldə, boyunda, başda, qollarda və ayaqlarda, qadınlarda süd vəzilərdə müşahidə olunur. Lakin bəzən lipomalar çox fərqli nahiyyələrdə, hətta daxili orqanlarda aşkar olunur.

E.Eldaroğlu bildirib ki, lipomanın əmələ gəlmə səbəbləri tibdə məlum deyil: "Mütəxəssislərin fikirinə görə, mübadilə proseslərin pozulmaları, irsiyyət, şəkərli diabet, mədə, qara ciyər, qalxanvari vəzi xəstəlikləri lipomaların əmələ gəlməsinə təkan verə bilər. Lipoma uzun müddət ərzində eyni ölçüdə qala bilər və ya yavaş-yavaş böyüyə bilər. Onlar adətən səthi olaraq dərialtı toxumada geniş müşahidə edlir, lakin bəzən fassiya və ya daha dərin əzələ qatlarında da əmələ gələ bilər. Lipomaların inkişafı etiologiyası hələ ki, dəqiq anlaşılmayıbdır. Lipoma çox zaman dəri altı müəyyən edilən kiçik "tennis şarı" kimi xarakterizə edilir. Lakin, tennis şarından fərqli olaraq lipomalar yumşaq olur. Bir çox xəstədə bir neçə lipoma müəyyən edilə bilər. Bəzi hallarda isə çoxsaylı lipomaları olan xəstələrdə irsi çoxsaylı lipomatoz xəstəliyi müəyyən edilə bilər. Lipoması olan xəstələr həkimə adətən iki səbəbdən müraciət etmiş olur. Bəzi xəstələr lipomaların bədxassəli olduğundan narahatlıq hissi keçirir, digərləri isə sadəcə böyük ölçülü lipomaların kosmetik qüsur yaratdığından onun çıxarılmasını istəyir. narahat olmayın lipoma xoşxassəlidir".

Lipoma zamanı resept

300 ml qaynanmış suyun üzərinə qabığı nazik soyulmuş orta ölçüdə bir quru açıq qəhvə rəngli soğanı dörd yerə bölüb əlavə edin. 5-10 dəqiqə ağzı kip şəkildə vam odda dəmləyin. Soyudulduaqdan sonra süzün və 15 gün boyunca gündə iki dəfə axşam yeməyindən əvvəl və sonra için. Hər dəfə təzə hazırlmaq məsləhətdir. Daxilə qeyd olunan resepti qəbul etməklə yanaşı xaricə isə bunu edin.

Aloe vera bitkisinin şirəsini çıxarın və soyuducuda saxlayın. Buzxanada qalmasına ehtiyac yoxdur. Şirə həlməşik şəkildə bir xörək qaşığı olsun və üzərinə bir çay qaşığı sarıkökün tozunu əlavə edin. Qarışdırın. Tam hazır olduqdan sonra lipoma olan nahiyələrə nazik qatla çəkin və üzərini tənizflə sıx olmadan bağlayın. Yatmadan öncə proseduru edib, səhər oyandıqda götürə bilərsiniz. 2 həftə müddətində etmək tövsiyə olunur.

E-saglam.az