Təlimçi, diyetoloq Mariya Sokolova artıq çəkinin libidoya mənfi təsir etdiyini bildirib.
E-saglam.az bildirir ki, o, Lenta.ru-ya çəki ilə cinsi istək arasındakı əlaqəni izah edib.
Sokolova deyib ki, artıq çəki stress hormonu olan kortizolun səviyyəsini artırır və bu da libidonu zəiflədir. Kilolu kişilərdə isə qadın hormonları olan prolaktin və estrogenin səviyyəsi yüksəlir, kişi hormonu testosteronun səviyyəsi isə azalır, bu da cinsi istəyi azaldır.
Sokolova qeyd edib ki, çəki normallaşdıqda, bədən daha çox enerji istehsal edir, hormonlar balanslı şəkildə işləyir və libido artır.
Eyni zamanda, serotonin və dopamin kimi xoşbəxtlik hormonlarının istehsalı da artır ki, bunlar cinsi istək üçün vacibdir.
Diyetoloq aşırı pəhrizlərdən qaçmağı tövsiyə edir və ideal çəkiyə çatmaq üçün balanslaşdırılmış pəhriz saxlamağı təklif edir. O, qeyd edir ki, bu yanaşma ilə artıq yağlardan asanlıqla xilas olmaq, enerji artırmaq və libidonu yüksəltmək mümkündür.
Tərcümə: Könül Oruc