Qidalanma
Lənkəranda “COVID-19” pasportu olmayan 378 nəfər toylara buraxılmayıb
Qidalanma

Lənkəranda “COVID-19” pasportu olmayan 378 nəfər toylara buraxılmayıb

Lənkəranda “COVID-19” pasportu olmayan 378 nəfər toylara buraxılmayıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evlərində profilaktiki tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan E-saglam.az-a verilən məlumata görə, tədbirlər zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarlarla bağlı məlumatlar verilib. Şadlıq saraylarında keçirilən mərasimlər zamanı toya dəvət olunan qonaqların “COVID-19” pasportları yoxlanılıb. Lənkəranda son iki gün ərzində 378 şəxs “COVID-19” pasportu olmadığına görə toy məclislərinə buraxılmayıb.

Şöbə əməkdaşları vaksinasiyadan keçməyən vətəndaşlarla profilaktiki söhbətlər apararaq mövcud qaydalara riayət etmələrinin vacibliyi çatdırıblar.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun