Tibbi xəbərlər
Lənkəranda 5 yaşlı uşaq paxla yeyəndən sonra niyə ölüb? Gizli xəstəlik
Tibbi xəbərlər

Lənkəranda 5 yaşlı uşaq paxla yeyəndən sonra niyə ölüb? Gizli xəstəlik

Lənkəran rayonunda 5 yaşlı qızın ölümünün təfərrüatı məlum olub.

E-saglam.az-ın məlumatına görə, "report”un Cənub Mərkəzi xəbər verir ki, mayın 24-də Lənkəran şəhər sakinləri - 2016-cı il təvəllüdlü Məryəm Murad qızı Qasımova və qardaşı, 2015-ci il təvəllüdlü Qasım Qasımovun qidadan zəhərlənməsi ilə bağlı favizm diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Həkimlər onlara favizm diaqnozu qoyub. Genetik ferment çatışmazlığından əziyyət çəkən belə xəstələr bəzi dərman pereparatlarını, eləcə də paxlalı bitkilər qəbul etdikdə orqanizmdə hemoliz, qanda parçalanma baş verir. Valideynlərin yalnız ev şəraitində müalicə olunmağa çalışmaları və vaxtında düzgün müdaxilə edilməməsi səbəbindən M.Qasımovanın müalicəsi geçikib. Nəticədə azyaşlının durumu ağırlaşıb və ölüb.

Onun qardaşı Q.Qasımov isə Bakı xəstəxanalarının birinə çatdırılıb. Onun vəziyyəti normallaşıb.

Qeyd edək ki, valideynlərinin deməsinə görə ailə üzvləri hamı üç gün əvvəl paxla-plov yeyiblər. Böyüklərdən özünü narahat hiss edən olmayıb, uşaqların səhhətində isə problem yaranıb.

Mütəxəssislərin rəyinə görə, Azərbaycanda genetik ferment çatışmazlığı xəstəliyi digər ərazilərdə də müşahidə olunsa da, endemik zona Masallı rayonu sayılır.

 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun