Lazer əməliyyatı irəlidə lazım ola biləcək hər hansı bir göz probleminin müalicəsinə mane, və ya səbəb deyil.
Mövzu ilə bağlı E-saglam.az-a danışan oftalmoloq Səbinə Abiyeva deyir ki, "Lazer müalicəsindən sonra katarakta əməliyyatı olmaz"," Lazer sadəcə miyopia üçündür" - kimi yanlış ifadələr xalq arasında geniş yayılmışdır:
"Lazer əməliyyatı irəlidə lazım ola biləcək hər hansı bir göz probleminin müalicəsinə mane, və ya səbəb deyil. Lazer əməliyyatı 1 və 14 dərəcə arası miyopia, 1 ilə 6 dərəcə arası hipermetropia ve astigmatizm problemi olan ve lazerə uyğun gözlərə müvəfəqiyyətlə tətbiq oluna bilir. "Bunun yanında Lazer müalicəsi sadəcə bir dəfə oluna bilər. İrəlidə göz dərəcəsi artarsa qətiyyən müalicə oluna bilməz" - ifadəsi də yanlışdır.
S.Abiyevanın sözlərinə görə, doğru olanı isə lazer müalicəsində hədəf göz dərəcələrini + / - 0,50 mərtəbəsinə gətirməkdir:
"Göz dərəcənizə görə 95-98%’in üzərində bir müvəfəqiyyətlə bu əldə edilir. İlk əməliyyatdan ən az 6 ay sonra olunan kontrolda gözünüzdə nömrə qaldığı təsbit edilərsə bütün müayinə və testlər təkrarlanır."