Tibbi xəbərlər
Laser Beauty Estetik Klinikası
Tibbi xəbərlər
336

Laser Beauty Estetik Klinikası cərimələndi - SƏBƏB

"Laser Beauty Estetik Klinikası" MMC məcburi auditdən yayındığına görə cərimələnib.

E-saglam.az-ın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov  Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. 

Hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq ednilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, ”Laser Beauty Estetik Klinikası” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 587 793 manat, qanuni təmsilçisi isə Yeganə Cəfərovadır. Klinikanın təsisçisi və baş həkimi məşhur kosmetoloq Rəna Soltanovadır. Klinika Bakıda 5 filialı ilə fəaliyyət göstərir. (İqtisadiyyat.az)

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun