Tibbi xəbərlər
Lama qanından alınan zülal
Tibbi xəbərlər
207

Lama qanından alınan zülal bu xəstəliyin dərmanı olacaq

Fransız alimlərinin apardığı yeni araşdırma lama qanından əldə edilən nanobadi adlı zülalın şizofreniyanın müalicəsində potensial vasitə ola biləcəyini ortaya qoyub.

E-saglam.az xəbər verir ki, tədqiqat nəticələrinə əsasən, bu maddə beynin qlütamat reseptorlarına təsir göstərərək siçanlarda şizofreniyaya bənzər simptomları əhəmiyyətli dərəcədə azaltmağa müvəffəq olub.

“INSERM” Tibb Tədqiqatları İnstitutunun alimləri tərəfindən aparılan sınaqlarda siçanlara yalnız bir doza nanobadi yeridilib. Nəticədə, onların beyin fəaliyyətində bir həftəyə qədər davam edən müsbət dəyişikliklər müşahidə olunub.

Alimlərin sözlərinə görə, nanobadilər beyin hüceyrələri arasında siqnal ötürmə proseslərinə birbaşa təsir göstərir və bu xüsusiyyət onları şizofreniyanın əsas neyrobioloji səbəblərini hədəf almaqda perspektivli edir. Müasir müalicə üsulları əsasən simptomları azaltmağa yönəldiyi halda, bu yeni yanaşma xəstəliyin köklərinə təsir göstərmək potensialı ilə seçilir.

Qeyd edək ki, lama və alpaka kimi dəvəkimilərdən əldə edilən nanobadilər klassik anticisimlərlə müqayisədə daha kiçik və sabit struktura malikdirlər. Bu xüsusiyyətlər onlara biotibbi tədqiqat və dərman hazırlanmasında geniş tətbiq sahəsi yaradır.

Hazırda araşdırmalar laboratoriya mərhələsindədir. İnsanlar üzərində klinik sınaqların aparılması üçün əlavə elmi sübutlara ehtiyac olduğu bildirilir.

Sfera.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun