Tibbi xəbərlər
KTM-yə ötən ay zəhərlənmə ilə bağlı müraciət edən 5 nəfər ölüb
Tibbi xəbərlər
214

KTM-yə ötən ay zəhərlənmə ilə bağlı müraciət edən 5 nəfər ölüb

Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı oktyabr ayı ərzində müraciət edən 5 nəfər ölüb.

Mərkəzin Mətbuat xidmətindən E-saglam.az-a verilən məlumata görə, KTM-yə zəhərlənmə ilə bağlı 828 nəfər müraciət edib. Onlardan 140-ı Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 89-u dərmandan, 29-u sirkə turşusundan, 3-ü dəm qazından, 3-ü alkoqollu içkidən zəhərlənib. Digərlərindən 4-ü anaflaksiya, 7-si allergik reaksiya, 2-si botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 2-sini ilan, 1-ni isə həşarat sancıb.

Zəhərlənən şəxslərin 62-si qadın, 50-si kişi, 28-i isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 2 nəfər dərman zəhərlənməsindən, 3 nəfər sirkə turşusundan dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 3-ü qadın, 2-si kişidir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun