Tibbi xəbərlər
KTM-ə ötən ilin dekabr ayında 123 nəfər zəhərlənmə ilə bağlı müraciət edib, ölənlər də var
Tibbi xəbərlər
165

KTM-ə ötən ilin dekabr ayında 123 nəfər zəhərlənmə ilə bağlı müraciət edib, ölənlər də var

Ötən ilin dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 123 nəfər qəbul edilib.

KTM-dən

E-saglam.az-a verilən məlumata görə, onlardan 54-ü kişi, 49-u qadın, 20-si isə uşaq olub.

Qəbul olunan xəstələrdən 52-si dərmandan, 33-ü sirkə turşusundan, 9-u etanoldan, 1 nəfər göbələkdən, 19-u dəm qazından zəhərlənib.

2 nəfər allergik reaksiya, 6 nəfər botulizm, 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3 nəfər dünyasını dəyişib.

Hər 3 ölüm faktı sirkə turşusundan zəhərlənmə səbəbilə qeydə alınıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun