Tibbi xəbərlər
KTM-də onkoloji xəstənin əməliyyatı uğurla həyata keçirildi - FOTO
Tibbi xəbərlər
280

KTM-də onkoloji xəstənin əməliyyatı uğurla həyata keçirildi - FOTO

Kliniki Tibbi Mərkəzdə onkoloji xəstə üzərində uğurlu cərrahiyyə əməliyyatı icra edilib.

E-saglam.az xəbər verir ki, sentyabrın 2-də 62 yaşlı vətəndaş Zinəddin Mehtiyev qalxan çəmbər bağırsağının xərçəngi parçalanma mərhələsində, bağırsaq qanaxması və bağırsaq keçməzliyi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstə üzərində zəruri müayinələr aparılıb və cərrahi müdaxilənin zəruri olması bildirilib. KTM-in Ümumi Cərrahiyyə şöbəsində sağ tərəfli hemikolektomiya əməliyyatı icra edilib, D2-D3 limfadenektomiya və ileotranzverzoanastamoz prosedurları uğurla həyata keçirilib.

Həkim-cərrah Nazim Həsənov tərəfindən aparılan, asistent həkimlər Maya Xudiyeva və Ağanur Cavadovun iştirakı ilə baş tutun əməliyyatdan sonra xəstədə narahatlıq müşahidə edilməyib, vəziyyəti qənaətbəxşdir. Ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun