İcbari tibbi sığortada KT və MRT müayinələrinə müştərək maliyyələşmə məbləği tətbiq edilə bilər.
E-saglam.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova media nümayəndələri üçün təşkil olunan tibbi savadlılıq təlimində səsləndirib.
Agentlik rəsmisi vurğulayıb ki, növbəti ildən etibarən tibbi göstəriş əsasında ambulator şəraitdə aparılan MRT və KT müayinələri üçün hər müraciət üzrə Xidmətlər Zərfinin tarifinə uyğun olaraq 20% məbləğində müştərək maliyyələşmənin tətbiq edilməsi müzakirə olunur.
Qeyd edək ki, müştərək maliyyələşmə məbləği müayinə üçün vətəndaş tərəfindən ödənilən məbləğdir. Bu dəyişikliklər radioloji xidmətlərdən yalnız tibbi göstəriş olduqda istifadəni təmin etmək məqsədi daşıyır.