Xəstəliklər
Kovid peyvəndindən sonra mensturasiyaları bərpa olundu - Həkimlərdən ŞOK
Xəstəliklər

Kovid peyvəndindən sonra mensturasiyaları bərpa olundu - Həkimlərdən ŞOK

Mütəxəssislər vaksinasiya olunan və menopozdan sonrakı müddətdə olan qadınların gözləmədikləri qanaxmalar yaşadıqlarını deyərək, peyvənd və mensturasiya arasında əlaqənin olduğunu bildiriblər.

E-saglam.az xəbər verir ki, araşdırmaçılar bunun keçici olduğunu, ciddi bir problem olmadığını vurğulayıblar. ABŞ və İngiltərədə yaşayan, menopoza girmiş qadınlar vaksin olunduqdan sonra gözləmədikləri anda qanaxmalar yaşayıblar.

6 MİN QADIN

Mütəxəssislər təxminən 6 min qadının ilk doz COVID-19 peyvəndi aldıqdan sonra gözləmədiyi və ya normaldan daha ağır qanaxma yaşadıqlarını bildiriblər.

Çalışmanı aparan mütəxəssis Kate Clancy menopoz dönəmində olmadığını, amma “Moderna” vaksininin bir dozunu aldıqdan sonra bunun yaşandığını deyib.

AYBAŞI VƏ İMMUN SİSTEMİ ARASINDA YAXINLIQ VAR

İngiltərədə mütəxəssis Victoria Male isə qadınların bu müddətdə immun sistemləri arasında əlaqənin olduğunu bildirib.

Vaksindən salınan kimyəvi siqnallar immun hüceyrələrinə keçici olaraq təsir edərək ləkələnməyə və düzənsiz qanaxmalara səbəb ola bilər. Vaksindən sonra antitel yarandığı zaman ortaya çıxan iltihab da yumurtlamanın zamanlamasına təsir edir.

NARAHAT OLACAQ BİR HAL DEYİL

Bununla birlikdə Male bu dəyişimlərin qalıcı olduğuna və ya narahat olacaq bir durum yaratdığına dair heç bir sübut olmadığını söyləyib./medicina.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun