Qidalanma
Kotlet bu şəxslərə olmaz -
Qidalanma
6

Kotlet bu şəxslərə olmaz - diyetoloq açıqladı

Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya onu daha sağlam versiyası ilə əvəz etməlidir.

E-saglam.az xəbər verir ki, diyetoloq və endokrinoloq Anton Polyakov kotlet yeməyin hansı xəstə qrupları üçün risk yaratdığını açıqlayıb.

Ekspertin sözlərinə görə, ağır piylənmədən əziyyət çəkən insanlar üçün ənənəvi donuz əti və mal əti kotletləri ilk qadağan edilən məhsullar sırasındadır. Polyakov bu kateqoriya insanlara toyuq döşü kimi yağsız ağ ət məhsullarına keçməyi tövsiyə edir.

Böyrək çatışmazlığı isə mütləq əks göstərişdir. Bu diaqnozu olan xəstələr protein qəbuluna ciddi nəzarət etməli olduğundan qızardılmış ət kotletlərindən tamamilə çəkinməlidirlər.

Məhdudiyyətlər siyahısına həmçinin kotletin müəyyən komponentlərinə - ədviyyatlara, çörəyə və ya qiymə ətindəki yumurtaya - qarşı fərdi dözümsüzlüyü olan insanlar da daxildir.

Diyetoloq vurğulayır ki, kotlet növünün seçimi birbaşa sağlamlıq vəziyyətindən asılıdır. Xroniki xəstəliyi olan insanların pəhriz barədə mütləq həkimlə məsləhətləşməsi tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun