VIII sinirin nevrinoması Bu kəllədaxili şişlərin ən çox təsadüf olunan növüdür
Xəstəlik əsasən 20-40 yaşlı adamlar arasında yayılaraq kişilərə nisbətən qadınlarda 2 dəfə artıq rast gəlinir. Xəstəlik çox yavaş, 2-4 il ərzində inkişaf edir.VIII sinirin nevrinoması kliniki şəklinə görə 4 mərhələdə keçir.
Birinci mərhələdə sinirin izolə olunmuş zədələnməsi əlamətləri üzə çıxır. Bu zaman xəstələrdə tədricən bir qulağın tutulması baş verir ki, bu başgicəllənməsi ilə xarakterizə edilir.
İkinci mərhələdə - çeynəmə əzələlərinin atrofiyası özünü burunun selikli qişasında, üzdə hissiyyatın zəifləməsi ilə biruzə verir.Bu zaman xəstələrdə dad hissiyyatı da pozulur.
Üçüncü mərhələ - baş ağrıları və görməsinirinin pozulması ilə xarakterizə edilir.
Dördüncü mərhələ - disfaqiya, distoniya, dildə dadbilmə hissinin pozulması ilə üzə çıxır. Bu mərhələdə xəstələrdə tənəffüs pozulmaları müşahidə edilir.
VIII sinirin nevrinoması xəstələrdə aşağıdakı patologiyaların meydana çıxmasına səbəb olur:
- süstlük,əzginlik
- yaddaşın zəifləməsi
- fiziki gücün azalması
- durğunluq
- kəllədaxili təzyiqin artması./milli.az/