Səkkiz aylıq körpənin Azərbaycan xalqının köməyinə ehtiyacı var.
E-saglam.az xəbər verir ki, bu barədə azyaşlı Ümid İbadovun anası Rəna İbadova məlumat verib.
O bildirib ki, oğlunun ürəyində anadangəlmə qüsur olub:
“Oğlum İbadov Ümid Xaliq oğlu 2021-ci il yanvar ayının 5-də dünyaya gəlib. Ağdamın Təzəkənd qəsəbəsində yaşayırıq. Həkimlər Ümidə pulmonar hipertenziya diaqnozu qoydular və iki dəfə açıq ürək əməliyyatı edilməli olduğunu bildirdilər. Oğlum ilk əməliyyatı keçirsə də, ikinci əməliyyat üçün 25 min manat civarında pul lazımdır. Onun böyük hissəsi yığılıb, 7 min manat qalıb. Həkimlər isə Ümidin vəziyyətinin getdikcə ağırlaşdığını deyirlər. Maddi imkanımız olmadığı üçün əməliyyat xərclərini qarşılaya bilmirik. Xahiş edirik, Ümidin sağlamlığına qovuşması üçün bizə kömək edəsiniz”.
8 aylıq Ümidin əməliyyat xərclərinə köməklik etmək istəyənlər 051-587-22-15 nömrəsi vasitəsilə uşağın ailəsi ilə əlaqə saxlaya bilərlər.
Kapital Bank: 4169 7385 2961 1091 Rəna İbadova