Qidalanma
Koronavirusun ölümcül fəsadı açıqlanıb
Qidalanma
286

Koronavirusun ölümcül fəsadı açıqlanıb

Koronavirus xəstəliyinin üstündən keçən iki həftə ərzində kəskin ürək-damar xəstəlikləri ehtimalı xeyli artır.

E-saglam.az xəbər verir ki, belə bir qənaət İsveçin Umea Universitetinin bir qrup əməkdaşı tərəfindən “The Lancet” nəşrində dərc edilən tədqiqatda yer alır.

Belə ki, tədqiqatda COVID-19-a yoluxanlar ilə işemiyalı insult və miokard infarktını keçirmiş şəxslərdə həmin halların təkrarlanması müqayisəli təhlil edilib. Nəticədə koronavirusun adıçəkilən xəstəliklərə tutulma ehtimalını 3 dəfəyədək artırdığı müəyyənləşdirilib.

Bütövlükdə tədqiqatda 86 472 xəstə iştirak edib ki, bu da müəlliflərə görə bu cür araşdırmalar üçün indiyədək qeydə alınan ən yüksək rəqəmdir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun