Xəstəliklər
Koronavirusun gözlənilməz əlaməti açıqlandı - FOTO
Xəstəliklər

Koronavirusun gözlənilməz əlaməti açıqlandı - FOTO

Dırnaqlarda xətlər və ya şırımlar koronavirus keçirmənin əlaməti ola bilər.

E-saglam.az oxu.az-a istinadən xəbər verir ki, belə gözlənilməz simptom barədə britaniyalı professor Tim Spektor bəyan edib.

O, özünün "Twitter" hesabında belə dırnaqların fotosunu paylaşıb.

Bununla belə, professor əlamətin hamıda görülmədiyini vurğulayıb.

"Bu səpkilər, qırışlar və sair kimi simptomlardan biridir", - deyə o, qeyd edib.

T.Spektor əlavə edib ki, dırnaqda xətlər zərərsiz görünsə də, onların qəfil ortaya çıxması nəinki koronavirus, həmçinin qızılca, skarlatina, yaxud qulaqdibi xəstəliyinin əlaməti ola bilər, bundan başqa qalxanvari vəzi, diabet və anemiya zamanı ortaya çıxa bilər.

 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun