Xəstəliklər
Koronavirusdan sonra qoxu hissini bərpa etməyin effektiv yolu
Xəstəliklər

Koronavirusdan sonra qoxu hissini bərpa etməyin effektiv yolu

Beynəlxalq tədqiqatçı qrupu KOVID-19 virusundan sağaldıqdan sonra iybilmə hissini itirmiş xəstələrin bərpası üçün kortikosteroid dərmanlarından istifadə etməməli qənaətinə gəlib.

E-saglam.az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər gündə iki dəfə ən azı dörd güclü qoxu ilə burnu məşq etdirməyi tövsiyə edir. Alimlər elmi ədəbiyyata sistematik baxış keçirərək, qoxu disfunksiyası olan insanlar üçün tez-tez təyin olunan kortikosteroidlərin faydasız olduğunu və bu preparatların adətən soyuqdəymə vaxtı burnu tutulmuş və ya iltihabı olan xəstələrə kömək edə biləcəyini qeyd edir.

Koronavirusa yoluxma zamanı, sinir sisteminin zədələnməsi səbəbindən iybilmə itkisi baş verir və əvvəlki tədqiqatlar bu hallarda bu cür dərmanların effektivliyini göstərməyib. Bundan əlavə, kortikosteroidlərin istifadəsi yan təsirlərlə malikdir, iybilmə hissi isə, çox vaxt dərman qəbul etmədən özü qayıdır. Eyni zamanda, iybilmə hissini bərpa etmək üçün burnu məşq etdirmək bərpa prosesini daha da sürətləndirə bilər.

Xəstələrə ümumiyyətlə bunun üçün dörd qoxu mənbəyi istifadə etmələri tövsiyə olunur: mixək, qızılgül, limon və evkalipt. Daha yaxşı nəticə üçün qoxular 12 həftədən bir dəyişdirilməlidir. Eyni zamanda ətirlərdən, sitrus meyvələrinin soyulmuş qabıqlarından, vanil və ya üyüdülmüş qəhvədən də istifadə etmək olar.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun