Xəstəliklər
Koronavirusdan sonra mədə-bağırsaq qanaxması görülə bilər – ALİMLƏR
Xəstəliklər

Koronavirusdan sonra mədə-bağırsaq qanaxması görülə bilər – ALİMLƏR

Koronavirus infeksiyası öncədən mədə-bağırsaq və qaraciyər xəstəlikləri olan insanlarda ciddi problemlər yaradır. Burda virusdan da çox, müalicə vaxtı istifadə edilən dərmanlar və qandurulducular təsir edir.

E-saglam.az medicina.az-a istinadən xəbər verir ki, koronavirusdan sağaldıqdan sonra bir çox xəstələrdə mədə-bağırsaq qanamaları qeydə alınıb.

Covid xəstələrinə qan laxtalanmasına qarşı Kleksan, kardio maqnil kimi antikoaqulyantlar təyin edilir. Bunları qəbul edən zaman mədəni qoruyacaq xüsusi dərmanlar təyin edilməlidir. Əks təqdirdə ciddi qanama ola bilər.

Çox zaman xəstələr bu dərmanlara əhəmiyyət vermir, onları hər səhət qəbul etmir və birinci də onlardan imtina edirlər.

Covid müalicəsindən sonra isə bu xəstələr mütləq qastroenteroloqa müraciət edib, koviddən sonra mədə-bağırsaq xoralarının vəziyyətini bir daha yoxlatmalıdır.

Bir çox ölkələrdə pandemiyanın pik vaxtında koronavirus xəstələri ilə yanaşı klinikalara ağır mədə-bağırsaq qanamaları ilə daxil olan xəstələrin də sayının çox olduğunu bildirir.

Hətta bəzən çox xəstələr təkcə mədə-bağırsaq ağrıları ilə daxil olub, lakin müayinə zamanı onda koronavirus aşkarlanıb. Beləliklə, covid virusunun birinci növbədə mədə-bağırsaq sistemini sıradan çıxardığını da təxmin etmək olar.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun