Xəstəliklər
Koronavirusdan sağalan xəstələrdə daha bir qalıcı problem yarana bilər
Xəstəliklər

Koronavirusdan sağalan xəstələrdə daha bir qalıcı problem yarana bilər

Koronavirusdan sağalan bəzi xəstələrdə eşitmə ilə bağlı problem ola bilər.

E-saglam.az xəbər verir ki, bu barədə Rusiyanın "Rospotrebnadzor" Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Klinik və Analitik İşlər üzrə direktor müavini Natalya Pşeniçnaya "RİA Novosti"yə danışıb.

Həkimin sözlərinə görə, qulaq tıxanması COVID-19 xəstələrinin 18-23 faiz müşahidə olunur. Bu da öz növbəsində eşitmə itkisinə gətirir. Bununla belə, Pşeniçnaya bu problemi həlli mümkün adlandırıb.

Eyni zamanda, mütəxəssis əlavə etdi ki, bəzən bu simptom sağaldıqdan sonra bir neçə həftə davam edir. İstisna hallarda kəskin neyrosensor eşitmə zəifliyi ola bilər.

Pşeniçnaya bu vəziyyətin dəqiq səbəbinin bilinmədiyini, lakin xəstəliyin ağır gedişatı və bəzi dərmanların istifadəsinin buna səbəb ola biləcəyini düşündüyünü bildirib./milli.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun