Tibbi xəbərlər
Koronavirusa yoluxan insanın kimliyini müəyyənləşdirən MASKA
Tibbi xəbərlər

Koronavirusa yoluxan insanın kimliyini müəyyənləşdirən MASKA

Massaçusets Texnologiya İnstitutunun (MIT) mütəxəssisləri, Harvard Universitetindəki həmkarları ilə birlikdə, onu taxan şəxsin koronavirus xəstəsi olub-olmadığını təyin etməyə imkan verən prototip maska hazırlayıblar.

E-saglam.az bildirir ki, lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, nümunənin içərisində kiçik birdəfəlik çıxarıla bilən sensor var. İstifadəçinin özü onu hansı anda aktivləşdirəcəyini müəyyənləşdirir.

Diaqnoz müddəti təxminən 90 dəqiqədir və məxfiliyi təmin etmək üçün nəticələr yalnız maskanın içərisində göstərilir.

Sensorun yalnız bir maskaya deyil, paltarlara da tikilə biləcəyi qeyd olunur. Digər virusları aşkar etmək üçün də kökləmək olar.

Belə sensorların təcili yardım işçilərinin, tibb işçilərinin və hərbi personalın qorunması üçün faydalı ola biləcəyi ehtimal olunur.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun