Tibbi xəbərlər
Tibbi xəbərlər
272

Koronavirus xəstələri metroya girmək istədilər - VİDEO

Metrodan istifadə etmək istəyən və ictimai yerlərdə hərəkət erdən aktiv koronavirus xəstələri aşkar edilib.

DİN-nin Mətbuat Xidmətindən E-saglam.az -a verilən məlumata görə, xidməti formada və mülki geyimdə keçirilən tədbirlərlə tibbi maskadan istifadə etməyən, müəyyən olunan norma və qaydalara əməl etməyən şəxslərin profilaktikası, eləcə də aktiv koronavirus xəstələri üzərində nəzarət daha gücləndirilib.

Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən metronun “Memar Əcəmi” və “Gənclik” stansiyalarına daxil olmağa çalışan 2 nəfər aktiv koronavirus xəstəsi - Qabil Ağayev və Ümüd Əliyev müəyyən olunaraq, aidiyyəti üzrə təhvil verilməklə, müalicə təyin olunan ünvana yerləşdiliblər.

Digər iki aktiv koronavirus xəstəsi Nəsimi və Abşeron rayonlarında ictimai yerlərdə aşkar edilib. Polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir zamanı Etibar Xəlilov Abşeron rayonu “Yeni Bakı” yaşayış kompleksində, Elmar Mürsəlzadə isə Nəsimi rayonunda polis əməkdaşları tərəfindən ictimai yerdə müəyyən ediliblər.

Bu şəxslərlə profilaktik söhbət aparılıb və əstəliklərin yayılması üçün real təhlükə yaradan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq araşdırmalar davam etdilir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun