Tibbi xəbərlər
Koronavirus qorxusundan 9 ay evdən çıxmadı, ilk çıxdığı gün ÖLDÜ - Maskaya görə
Tibbi xəbərlər
125

Koronavirus qorxusundan 9 ay evdən çıxmadı, ilk çıxdığı gün ÖLDÜ - Maskaya görə

Koronavirus qorxusundan 9 ay evdən çıxmadı, ilk çıxdığı gün öldü.

İngiltərənin Ueymut şəhərinin 62 yaşlı sakini Sara Lyuis koronavirus qorxusundan 9 ay ərzində evdən bayıra çıxmayıb, lakin onun ölümünə səbəb də dolayısı yolla elə virusdan qorxusu olub.

E-saglam.az BiG.AZ-a istinadən xəbər verir ki, Sara küçəyə çıxdığı ilk gün dünyasını dəyişib.

Belə ki, qadın yolu keçərkən yaxınlıqdakı avtomobilə fikir verməyib və başı çantasından maska çıxartmağa qarışıb. Həmin an Saranı görməyən sürücü maşını arxaya verərkən qəza törədib.

Avtomobilin altında qalan qadın hadisə yerində keçinib.

İstintaq zamanı Lyuisin virusa yoluxma ehtimalı yüksək olan həssas qrupa daxil olduğu məlum olub. O, ötən ilin payız aylarından evdən bayıra çıxmayıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun