Psixologiya
Koronavirus psixoterroru - Psixiatra getməli olduğunuzu göstərən 18 ƏLAMƏT
Psixologiya

Koronavirus psixoterroru - Psixiatra getməli olduğunuzu göstərən 18 ƏLAMƏT

Elə hesab edirsiz ki, psixiatra ancaq ruhi xəstələr və şizofreniya xəstəliyi olanlar müraciət edir?

Əslində hər birimiz həyatımızın müəyyən dönümündə onlara müraciət edə bilərik və etməliyik?

E-saglam.az hansı problem və simptomlarda getməli olduğunuz şəxsin psixiatr olduğunu təqdim edir.

Psixi pozulmalar yüngül, orta və ağır ola bilər. Ən yüngül formada belə bu xəstəliklərin həkimi psixiatrdır.

1. Patoloji olaraq 2 aydan çox davam edən qəm, kədər, ağlamaq hissi

2. Düşüncə, fikir və diqqətin yayınması

3. Həddən artıq təşviş, həyəcan, günahkarlıq hissi

4. Əhvalın gün ərzində qəfil dəyişməsi, depressiya və ya sərxoşcasına kimi eyforiya

5. İşindən, təhsilindən yayınma, dostlardan uzaqlaşmaq

6. Yuxu problem

7. Yorğunluq, əzginlik, gündəlik işləri görməmək

8. Problemlər qarşısında acizlik

9. Seksual istəyin tamam itməsi

10. Aqressiya, qorxu, düşmənçilik, nifrət hissinin digər hisslərdən çox olması

11. İntihar barədə düşüncələr

12. İçki, siqaret, qumara qurşanma

13. Reallıqdan uzaqlaşıb, olmayan aləmlərdə qalmaq

14. Hallüsinasiya, illuziya

15. Başda, qarında, ürək nahiyədə ciddi fiziki səbəbi olmayan ağrı, sancılar

16. Aclıq hissi – qarşısı alınmadan yemək, doymaq hissinin olmaması və ya əksinə iştahın tam itməsi

17. Arıqlama

18. Özündə müxtəlif xəstəliklər axtarmaq

Statistikaya görə, dünyada hər 5 insandan biri psixo emosional pozulamalar keçirir və bu ciddi fiziki xəstəlik deyil. Psixi problemləri vaxtında aradan qaldırmaq lazımdır./medicina.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun