"Beynəlxalq tibb işçiləri qrupu" koronavirus pandemiyası səbəbi ilə ən azı bir valideynini, nənə və ya qəyyumunu itirən uşaqların sayı barədə statistikanı açıqlayıb.
E-saglam.az xəbər verir ki, bu barədə "The Lancet" jurnalı məlumat yayıb.
Qeyd edilir ki, London "Imperial College"-nin tədqiqatçısı Culiet Anvinə görə, minimum 1,5 milyon uşaq bu cür itkidən əziyyət çəkir. O yeni mutasiyaların yayıldığı və peyvəndlənmə prosesinin səngidi bir şəraitdə "koronavirus yetimləri"nin sayının bir neçə milyona qədər arta biləcəyini ehtimal edib.