Tibbi xəbərlər
Koronanın yeni simptomları: Qanqrena, eşitmə pozğunluğu, ağır mədə xəstəliyi
Tibbi xəbərlər

Koronanın yeni simptomları: Qanqrena, eşitmə pozğunluğu, ağır mədə xəstəliyi

COVID-19-un Hindistan ştammına yoluxmuş xəstələr dörd yeni simptomla qarşılaşıblar.

E-saglam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Çennai şəhərindən olan həkim-infeksionist Abdula Qafur bildirib.

Onun sözlərinə görə, SARS-CoV-2-nin delta variantına yoluxanlar tez-tez ishaldan şikayətlənirlər. Qafur vurğulayıb ki, pandemiyanın ilk dalğası zamanı bənzər simptom daha az müşahidə edilirdi.

Bundan əlavə, Hindistan ştammının pasiyentləri qanqrenaya gətirib çıxaran trombların yaranması ilə qarşılaşırlar. Simptomlar arasında həmçinin eşitmə pozğunluğu və ağır mədə narahatlığı da var.

“Delta” variantı son altı ayda 60-dan çox ölkədə yayılıb. Bu ştammın əvvəlki dominant növdən – Britaniya ştammından 60% daha sürətli yoluxduğu qeyd olunur./medicina.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun