Hal-hazırda insanların əksəriyyətində köp problemləri yaranıb.
Bəs biz niyə köpürük?
E-saglam.az bildirir ki, qida eksperti Fərid Səfərov deyir ki, köp qarın boşluğunda qazların toplanması nəticəsində yaranır, narahatçılığa və sancılara səbəb olur.
Köpün yaranmasının bir neçə səbəbi ola bilər:
- düzgün qidalanmamaq.
- qəbizlik.
- hava udmaq, yəni, sürətli yemək və su içmək, saqqız çeynəmək, siqaret çəkmək, yemək yeyərkən danışmaq və.s.
- çölyak xəstəliyi.
- lifli qidaların normadan artıq qəbulu.
- bağırsaq iltihabı.
- mədə mənşəli problemlər.
- fermentativ aktivliyin aşağı olması.
- ağır yük götürmək.
Bəs köpün qarşısını necə ala bilərik?
Köpdən əziyyət çəkənlər əvvəlcə həyat tərzini dəyişdirməlidir, çox gəzməli, meyvə, tərəvəz, salat və göyərti çeşidlərini yeməkdən 30-60 dəqiqə əvvəl yeməlidirlər.
- yeməyi ağızda yaxşı çeynəməli və sürətli yeməkdən çəkinməliyik.
- oturaq həyat tərzi kecirtməməli, mütəmadi idmanla məşğul olmalıyıq.
- gündəlik normada su qəbul etməliyik.
- yağlı və qızardılmış yeməklərdən, spirtli və qazlı içkilərdən, şəkərli və unlu məhsullardan çox az istifadə etməliyik.
- sağlam və az qidalanmalıyıq.
- axşam yeməyində daha yüngül yeməklər yeməliyik.
Bütün bu sadalananlardan sonra əgər köp problemi davam edirsə mütləq şəkildə həkimə müraciət etməyiniz tövsiyə olunur.
Gəlin, sağlamlığımızı birlikdə qoruyaq!
Könül Oruc