Xəstəliklər
"Kondisioner virusu yayır" - Mütəxəssis
Xəstəliklər

"Kondisioner virusu yayır" - Mütəxəssis

Kondisioner virusun yayılmasını sürətləndirən ən böyük amillərdən biridir.

E-saglam.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov deyib.

Deputat bildirib ki, əgər otaqda bir nəfər yoluxmuş şəxs varsa kondisionerin işləməsi virusu bütün otağa yaya bilər və ona görə də bütün qaydalara ciddi əməl etməliyik.

İ.Məmmədov bildirib ki, artıq yay mövsümü gəlir və insanlar daha çox çölə çıxacaq, kondisionerdən daha çox istifadə edəcək:

“Biz heç də unutmamalıyıq ki, pandemiya hələ davam edir. Ümumdünya Səhiyyə Təşkilatı da elan edib ki, qapanmanı götürən bir çox ölkələrdə yoluxma yenidən artıb. Yəni biz ötən yaydakı qapanmanı yaşamaq istəmiriksə ilk növbədə qaydalara əməl eməliyik. Digər tərəfdən isə vaksinləşmə prosesində aktiv iştirak etməliyik.

Biz çalışmalıyıq ki, yoluxma sayını artırmayaq. Hazırda virusun azalması o demək deyil ki, pandemiya ortadan qalxıb. Ortadan o zaman qalxacaq ki, əhalimizin heç olmasa 60-70 faizi vaksinasiya olunsun. O zaman biz pandemiyanın ölkəmizdə sona çatması haqqında fikir irəli sürə bilərik”.

Deputat həmçinin açıq havada maska taxılmasını vacib hesab edir: “Bəzən insanlar açıq havada maskadan istifadə edib etməmək barədə müxtəlif fikirlər səsləndirirlər. Əlbəttə edilməlidir, çünki elə yerlər var ki, insanlar sıx hərəkət edir və burada da virusa yoluxmaq mümkündür. Virusun da yayılması üçün külək və digər atmosfer şərləri var. Bütün bunları nəzərə alaraq virusun artmaması üçün qaydalara əməl etməliyik”.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun