Tibbi xəbərlər
Komadakı insanların 25%-ə qədəri
Tibbi xəbərlər
14

Komadakı insanların 25%-ə qədəri "gizli şüur" göstərə bilər

Beynəlxalq alimlər qrupu sübut etdi ki, komada və ya vegetativ vəziyyətdə olan hər dördüncü xəstə, stimullara xarici reaksiyaların olmamasına baxmayaraq, "gizli şüur" nümayiş etdirə bilər.

E-saglam.az xəbər verir ki, onların araşdırması "New England Journal of Medicine"də dərc olunub.

Son 15 ildə ABŞ, Böyük Britaniya və Avropanın altı tibb müəssisəsində aparılan araşdırmada 241 iştirakçı iştirak edib. Bu insanlar komada, vegetativ və ya minimal şüurlu vəziyyətdə idilər.

Tədqiqatçılar funksional maqnit rezonans tomoqrafiyası (fMRT) və elektroensefaloqrafiyadan (EEQ) istifadə edərək, xəstələrin əksəriyyətində "əlinizi açıb-bağladığınızı təsəvvür edin" kimi sadə tapşırıqlar verildikdə beynin aktivləşməsinin olduğunu aşkar ediblər.

Əldə edilən nəticələr mühüm etik və klinik suallar doğurdu. Yeni araşdırmalar təsdiqləyir ki, bəzi xəstələr ətrafdakılarla aktiv şəkildə əlaqə qura bilməsələr də, onlardan xəbərdar ola bilirlər. Bu, şüurun vəziyyətini qiymətləndirmək üçün ənənəvi üsulları şübhə altına alır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun