
Kolon xərçəngi dünyada ən çox rast gəlinən xərçəng növlərindən biridir və adətən bağırsaqdakı poliplərdən yaranır. Xəstəlik erkən mərhələlərdə əlamətsiz olduğu üçün müntəzəm tibbi müayinələr həyati əhəmiyyət daşıyır.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirir ki, bağırsaq vərdişlərində dəyişiklik, qarın ağrısı, şişkinlik və anemiya kolon xərçənginin əsas əlamətləri arasındadır. Xüsusilə 50 yaşdan yuxarı insanlarda risk artır. Genetik faktorlar, qeyri-sağlam qidalanma, oturaq həyat tərzi, siqaret, spirt istifadəsi və xroniki stress xəstəliyin yaranma ehtimalını artıran amillərdəndir.
Erkən diaqnoz üçün nəcisdə gizli qan testi və kolonoskopiya ən təsirli üsullardandır. Xüsusilə 50 yaşdan sonra bu testlər müəyyən aralıqlarla təkrarlanmalıdır. Kolon xərçənginin müalicəsi xəstəliyin mərhələsinə görə dəyişir. Erkən mərhələdə cərrahi müdaxilə ilə xəstəlik aradan qaldırıla bilər. İrəliləmiş hallarda kimyaterapiya, radioterapiya və immunoterapiya kimi üsullar tətbiq edilir.
Laparoskopik cərrahiyyə açıq əməliyyatla eyni effektivliyə malikdir və xəstələr üçün daha rahat sağalma prosesi təmin edir. Düz bağırsaq xərçəngi olan xəstələrdə əməliyyatdan əvvəl tətbiq edilən radioterapiya və kimyaterapiya şişin kiçilməsinə və müalicənin daha təsirli olmasına kömək edə bilər.
Tərcümə: Könül Oruc