Qidalanma
Kolbasalara tualet kağızı vurulur?
Qidalanma
137

Kolbasalara tualet kağızı vurulur? Mütəxəssis mifi təkzib etdi

Qida texnoloqu Yelena Myasnikova kolbasalarla bağlı geniş yayılmış yanlış təsəvvürə aydınlıq gətirib. Onun sözlərinə görə, kolbasa istehsalında tualet kağızından istifadə olunması iddiası əsassızdır.

E-saglam.az  xəbər verir ki, mütəxəssis bildirib ki, bu fikir daha çox zarafat və mif xarakteri daşıyır. Hətta sovet dövründə belə istehsal prosesləri ciddi nəzarət altında olub və belə halların baş verməsi mümkün olmayıb.

Yelena Myasnikova qeyd edir ki, müasir dövrdə də ət emalı müəssisələrində daxili keyfiyyətə nəzarət sistemləri tətbiq olunur. Bu da məhsulların təhlükəsizliyini və standartlara uyğunluğunu təmin edir.

Ekspert vurğulayır ki, kolbasalarda tualet kağızının olması ilə bağlı iddialar reallığı əks etdirmir və bu, sadəcə illərdir dolaşan bir mifdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun