Endokrinoloq və diyetoloq Olqa Çuxaçova hesab edir ki, sağlamlığınıza zərər vermədən gündə bir tikə kolbasa yeyə bilərsiniz.
E-saglam.az xəbər verir ki, o, "Gazeta.Ru" ilə söhbətində kolbasanın zərərlərindən bəhs edib.
Çuxaçevanın sözlərinə görə, kolbasa çoxlu doymuş yağ ehtiva edir, onun istehlakı ürək-damar xəstəliklərinin inkişaf riskini artırır. Bu riski azaltmaq üçün həkim kolbasanın istehlakını məhdudlaşdırmağı tövsiyə edir.
Diyetoloq deyir ki, ideal olaraq, doymuş yağlar gündəlik kalorinizin təxminən 10 faizini təşkil etməlidir: "Bu, təxminən baş barmağınız ölçüsündə bir parça piy, kolbasa və ya yağ ola bilər".
Tərcümə etdi: Könül Oruc