Uroloq kök kişilərə ciddi xəbərdarlıq edib.
Kök kişilərdə prostat xərçəngi aşkarlanması riski daha yüksəkdir.
E-saglam.az xəbər verir ki, bu sözləri uroloq-onkoloq Mixail Stranadkon riamo.ru-ya müsahibəsində deyib. Həkim bildirib ki, orqanizmdə piy toxumasının artması qan dövranının pisləşməsinə gətirib çıxarır ki, bu da ölümcül xəstəliyə yol açır.
"Orqanizmdə yağ toxuması artdıqda qan dövranının pisləşməsinə gətirib çıxarır. Nəticədə hüceyrələr oksigensiz qalır. Bu hüceyrələrdən bəziləri ölür və iltihabı təşviq edən kemokinlər kimi tanınan iltihab əleyhinə molekulları sərbəst buraxır. İmmunitet nəzarət mexanizmlərinin pozulması nəticəsində prostat xərçənginin inkişafına yol açır", - Stranadko izah edib.
Uroloq qeyd edib ki, hər şey prostat vəzinin quruluşundan asılıdır və xərçəng prostatın androgendən asılı epitel hüceyrələrindən inkişaf edir. Piylənmədə toxumaların insulinin təsirinə həssaslığı azalır, bu da onun konsentrasiyasının artmasına səbəb olur. Nəticədə bədxassəli şişlərin əmələ gəlməsində böyük rol oynayan insulinə bənzər böyümə faktorlarının sintezi və istehsalı daha çox aktivləşir.
Buna görə də, bədəndə metabolik pozğunluqlar səbəbiylə meydana çıxan artıq çəki ilə mübarizə aparmaq vacibdir. Onkoloq bu problemi həll etmək üçün həkimə müraciət etməyi tövsiyə edib.
Tərcümə: Publika.az