Kliniki Tibbi Mərkəzdə ilk dəfə
Kliniki Tibbi Mərkəzdə ilk dəfə

TƏBİB tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzdə ilk dəfə Bevacizumab anti-VEGF intravitreal inyeksiya proseduru (göziçi iynə) icra edilib.

Bu barədə E-saglam.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. 

Bildirilib ki, prosedur icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində uzman oftalmoloq-cərrah Gülnar Sultanova tərəfindən həyata keçirilib.

İlkin olaraq 23 xəstə üzərində icra edilən prosedur uğurla baş tutub.

Məlumat üçün bildirək ki, intravitreal inyeksiya dərman maddələrinin göz almasının daxilinə iynə vurmaqla yeridilməsidir. Bu prosedur bəzi göz xəstəliklərini müalicə etməyə və görmə qabiliyyətini qorumağa imkan verir. Həmçinin dərmanların birbaşa şüşəyəbənzər cisim inyeksiyası göz xəstəliklərinin (makulyar degenerasiya, şəkərli diabet, retinal damar trombozu və s.) müalicəsini və görmə qabilliyətin qorumasını mümkün edir.

E-saglam.az