Xəstəliklər
Kişilərin diqqət etməli olduğu
Xəstəliklər
9

Kişilərin diqqət etməli olduğu 6 vacib əlamət

Son araşdırmalar göstərir ki, kişilərin çoxu sağlamlıq problemləri ortaya çıxdıqda həkimə müraciət etməyi gecikdirir.

E-saglam.az xəbər verir ki, bu, ağır xəstəliklərin erkən diaqnozunu çətinləşdirir. Mütəxəssislər xəbərdarlıq edir ki, aşağıdakı 6 əlamətə yüngül yanaşmaq olmaz:

1. Bel ağrısı

Bel ağrısı yaşlanmanın təbii hissəsi kimi görünə bilər, amma davamlı və dərinləşən ağrılar ciddi xəstəliklərin siqnalı ola bilər. Doktor Jiri Kubes bildirir ki, arxa ağrıları çox vaxt dayaq-hərəkət sistemindən qaynaqlansa da, omba və bel nahiyəsində uzunmüddətli ağrılar ciddi qiymətləndirilməlidir.

2. Daimi yorğunluq

Adekvat istirahətə baxmayaraq, yorğunluq aradan qalxmırsa və digər simptomlarla müşayiət olunursa, bu ümumi sağlamlıq problemi ilə bağlı ciddi siqnal ola bilər.

3. Qeyri-adi arıqlama

Pəhriz və ya idman vərdişlərində dəyişiklik olmadan sürətli arıqlama diqqət tələb edir, çünki bu bəzən ciddi xəstəliklərin erkən əlaməti ola bilər.

4. Bədəndə yükləmələr və şişliklər

Bədənin hər hansı bir yerində anormal şişlik, sərtlik və ya topaq aşkarlanarsa, mütləq yoxlanmalıdır. Bu, bəzən sadə izahı olsa da, ciddi xəstəliklərin ilk əlaməti ola bilər.

5. Uzun müddətli boğaz ağrısı

Üç həftədən çox davam edən boğaz ağrısı soyuqdəymə kimi görünə bilər, amma boğaz xərçənginin erkən əlaməti də ola bilər.

6. Sidikdə dəyişikliklər

Zəif sidik axını, boşaltmanın çətinliyi və ya natamam boşalma hissi ciddi qəbul edilməlidir. Bu əlamətlər sidik yolları xərçənginin erkən göstəricisi ola bilər.

Bu əlamətləri görən kişilər vaxt itirmədən mütəxəssis həkimə müraciət etməlidirlər. Erkən diaqnoz və müalicə həyat keyfiyyətini qorumağa kömək edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun