Qərbi Avstraliya Universitetinin alimləri yaşlandıqca testosteronun kişilərin sağlamlığına necə təsir etdiyini araşdırıblar.
E-saglam.az xəbər verir ki, onların araşdırması "Annals of Internal Medicine" jurnalında dərc olunub.
Müəlliflər 24 mindən çox insanın iştirak etdiyi 11 elmi işi təhlil ediblər. Onlar qocalmış kişilərdə cinsi hormonlar ilə ölüm və ürək-damar xəstəlikləri riski arasındakı əlaqəni aydınlaşdırmaq istəyirdilər.
Nəticələr göstərdi ki, aşağı serum testosteron səviyyələri (7,4 nmol/L-dən aşağı) olan kişilərdə bütün səbəblərdən ölüm riski daha yüksəkdir. Üstəlik, testosteron səviyyəsi daha da aşağı olanlarda (5,3 nmol/L-dən aşağı) ürək-damar ölüm riski artır.
Tərcümə: Könül Oruc