Yandex watch
Kişilərdə libidonu artıran

Kişilərdə cinsi istəksizlik psixoloji və ya tibbi səbəblərlə bağlı ola bilər. Amma bəzi mikroelementlərin yetərli miqdarda qəbulu libidoya müsbət təsir göstərir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, qidalanma mütəxəssisi İrina Popkovanın fikrincə, bu dörd əsas mikroelementə diqqət yetirmək lazımdır:

Sink – Testosteron səviyyəsini tənzimləyən əsas mineraldır. Balqabaq tumları, dəniz məhsulları və qoz-fındıqla zəngindir.

Maqnezium – Sinir sistemini sakitləşdirir, testosteron istehsalını dəstəkləyir. Tünd şokolad, skumbriya və qızılbalıqda olur.

L-arginin – Qan dövranını yaxşılaşdırır, penisdə vazodilatasiya effektinə malikdir. Balqabaq tumu, qoz, toyuq və donuz ətində rast gəlinir.

L-karnitin – Orqanizmi enerji ilə təmin edir, fiziki və cinsi dözümlülüyü artırır. Ən çox mal və quzu ətində tapılır.

Bu mikroelementlərlə zəngin balanslı pəhriz, fiziki aktivlik və keyfiyyətli yuxu kişi sağlamlığının qorunmasında mühüm rol oynayır. Libidoda uzunmüddətli azalma müşahidə olunarsa, həkimə müraciət etmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az