Yandex watch
Kişilərdə ginekomastiya problemi artır:

Plastik və Rekonstruktiv Cərrahiyyə Bölümü Dos. Dr. Burak Özkan ginekomastiyanın kişilərdə getdikcə daha çox rast gəlinən estetik problemlərdən biri olduğunu bildirib. O, bu problemin estetik narahatlıqla yanaşı, psixoloji təsirlərinin də ciddi ola biləcəyini vurğulayıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki,  ginekomastiyanın müalicəsində cərrahi üsulların üstünlük təşkil etdiyini deyən Dr. Özkan, əməliyyatsız döş toxumasını əridə biləcək bir metodun hələ mövcud olmadığını qeyd edib. Ən çox istifadə edilən üsulun liposaksiya olduğunu bildirərək, əməliyyat qərarının məmə ucunun vəziyyətinə, döşdəki yağ və sərt toxumanın miqdarına görə verildiyini açıqlayıb.

Liposaksiya texnikası ilə uğurlu nəticələr əldə edildiyini bildirən mütəxəssis, məmə uclarında sallanma olmayan xəstələrdə sadəcə piy toxumasının çıxarıldığını, sərt toxuma olan hallarda isə məmə başı altında kiçik bir kəsik açaraq bu toxumanın çıxarıldığını izah edib. Ciddi sallanma və artıq dəri olduğu hallarda isə məmə uclarında dərinin çıxarılması ilə əməliyyatın tamamlandığını bildirib.

Əməliyyatdan sonrakı dövrdə xəstələrin korsetdən müntəzəm istifadə etməsinin vacib olduğunu vurğulayan Dr. Özkan, bu prosesin 6-8 həftə davam etməli olduğunu qeyd edib. Korset dərinin qabırğa qəfəsinə uyğunlaşmasına kömək edərək sağalma prosesini sürətləndirir. Onun sözlərinə görə, xəstələr bu qaydalara əməl edərlərsə, əlavə əməliyyata ehtiyac qalmadan ginekomastiya problemini tamamilə aradan qaldıra bilərlər.

Tərcümə: Könül Oruc

E-saglam.az