Yandex watch
Kişilər 30 ildən sonra belə görünəcəklər:

2025-ci ildə MailOnline-da dərc olunan bir hesabatda qeyri-sağlam qidalanma vərdişlərinin uzunmüddətli nəticələri araşdırılıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, süni intellektin köməyi ilə yaradılan "Maykl" modeli, həddindən artıq işlənmiş qidaların orqanizmə vurduğu zərərləri simvolizə edir. Model çiyinləri aşağı salınmış, şişmiş qarın, sallanan döşlər, sızanaqlı dəri və xroniki xəstəliklərin təsirində olan bir insanı əks etdirir.

Hesabatda qeyd olunur ki, qeyri-sağlam qidalanma astma, depressiya, narahatlıq, yuxu problemləri və artıq çəki ilə nəticələnir. 2-ci tip diabet və ürək xəstəlikləri riski də artır. Tədqiqat göstərir ki, bu vəziyyət yalnız fərdlərin deyil, cəmiyyətin ümumi sağlamlıq vəziyyətinə də ciddi təsir edir.

Gousto-nun araşdırması təcili qida vərdişlərinin dəyişdirilməsinin vacibliyini vurğulayır. Ultra emal olunmuş qidaların – qazlı içkilər, peçenyelər və hazır yeməklərin – sağlamlığa ciddi zərərləri artıq sübuta yetirilib. Böyük Britaniyada bu qidalar böyüklərin pəhrizinin 57%-ni, uşaqların isə 66%-ni təşkil edir.

Son məlumatlara görə, piylənmə səviyyəsi sürətlə artıb. Artıq İngiltərədə böyüklərin hər dörd nəfərindən biri obezdir. Tədqiqatçılar balanslı qidalanma və sağlam vərdişlərin geri qaytarılmasının vacibliyini vurğulayırlar.

Bu hesabat cəmiyyəti sağlam gələcək üçün diqqətli davranmağa çağırır.

Tərcümə: Könül Oruc

E-saglam.az