Tibbi xəbərlər
Kişi toy ayaqqabısına görə bütün
Tibbi xəbərlər
450

Kişi toy ayaqqabısına görə bütün barmaqlarını itirdi

Diabet xəstəsi olan britaniyalı kişi dar toy ayaqqabıları üzündən ayaq barmaqlarının hamısını itirib.

E-saglam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb.

61 yaşlı Ralf adlı kişi bildirib ki, toy üçün aldığı ayaqqabılar çox dar idi. O, bu barədə ayaqqabı mağazasına dəfələrlə şikayət etsə də, mağaza əməkdaşı ayaqqabıların zamanla "sındırılacağını" deyərək onu sakitləşdirib. Ralf toy gününün ortalarında güclü ağrı səbəbindən ayaqqabılarını dəyişmək məcburiyyətində qalıb.

Gün sonunda corabını çıxaranda bir barmağında ciddi şiş və qabarcıq görüb. Ralf uzun müddətdir diabetdən əziyyət çəkir və bu, qan dövranını zəiflətdiyi üçün yaraların sağalmasını çətinləşdirir.

Ayağındakı qabarcıq heç vaxt sağalmayıb. Əksinə, infeksiyaya çevrilib və antibiotiklərə təsir etməyib. Həkimlər əvvəlcə bir barmağını amputasiya ediblər. Lakin vəziyyət pisləşdiyindən, sonradan bütün sağ ayaq barmaqları kəsilib.

Ralf hazırda qoltuqağacı olmadan gəzə bilmir və 17 yaşından bəri ilk dəfə işləyə bilmir. O, başına gələnləri bu sözlərlə ifadə edib:

"Barmaqlarımı itirmək dəhşətli idi. Elə bildim, bununla bitəcək. Amma təəssüf ki, olmadı".

Tərcümə: Könül Oruc

E-saglam.az 

 

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun