Tibbi xəbərlər
Kişi bir öpüşlə arvadının həyatını
Tibbi xəbərlər
241

Kişi bir öpüşlə arvadının həyatını xilas etdi

Böyük Britaniyada 33 yaşlı Kerri-Luiz Gilchrist doğuş zamanı ciddi fəsadlarla üzləşib.

E-saglam.az xəbər verir ki, "Metropoles" nəşri yazır ki, qadın həyatını ərinin sadə, lakin zamanında etdiyi bir öpüşə borcludur.

Gilchrist ikinci övladının doğuşu zamanı ilk doğumla müqayisədə daha güclü ağrılar hiss edib. Həkimlər ona epidural anesteziya tətbiq etsələr də, vəziyyəti pisləşməyə başlayıb. Elə bu anda həyat yoldaşı ona yaxınlaşıb və sakitləşdirmək üçün öpüb. Bu an kişi arvadının dərisinin soyuduğunu, dodaqları və ovuclarının mavi rəng aldığını hiss edib və dərhal həkimləri çağırıb.

Həkimlər qadına sepsis diaqnozu qoyub və təcili olaraq damardaxili antibiotiklər tətbiq edilib. Doğum prosesi isə vakuum və epizyotomiya ilə tamamlanıb. Lakin plasenta çıxmadığı üçün Gilchrist əməliyyat otağına aparılıb və orada bir neçə saatlıq müdaxilədən sonra vəziyyəti stabilləşdirilib.

Kerri-Luiz bildirib ki, həyat yoldaşının diqqətli davranışı və vaxtında etdiyi müdaxilə olmasaydı, nəticə fərqli ola bilərdi.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun