Yandex watch
Kirpikləriniz tökülürsə, diqqətli olun!

Kirpik tökülməsi əhəmiyyətsiz görünə bilər, amma əslində göz sağlamlığı ilə bağlı mühüm siqnallar verə bilər. Mütəxəssislər yaz və payız aylarında bu problemin daha çox artdığını bildirir və bəzi hallarda ciddi sağlamlıq pozuntularının əlaməti ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Göz, qulaq və boğaz sahəsində plastik cərrahiyyə üzrə ixtisaslaşmış Dr. Allison V. Coombs, kirpiklərin də saç kimi müəyyən dövrlərdə töküldüyünü bildirir. Onun sözlərinə görə, yaz və payız aylarında kirpiklər təbii bir yenilənmə mərhələsinə daxil olur və bu zaman tökülmə artması normal sayılır. Bu dövrdə temperatur dəyişikliyi, rütubət, alerjenlərin artması və günəşə məruz qalma kimi ətraf mühit faktorları kirpiklərin dövrünü sürətləndirə bilər.

Kirpik tökülməsi təkcə estetik məsələ deyil

Kirpiklər yalnız görünüş üçün deyil, eyni zamanda gözləri toz, kir və digər zərərli maddələrdən qorumaq üçün mühüm funksiyaya malikdir. Onların incəlməsi və ya həddindən artıq tökülməsi, göz quruluğu, sancma və qıcıqlanma kimi narahatedici hallar yarada bilər.

Gündə 5 kirpikdən çox tökülürsə, diqqətli olun

Mütəxəssislər qeyd edir ki, gündə beşə qədər kirpik tökülməsi normaldır. Lakin bu rəqəmin aşılması, xüsusən də qızartı, qaşınma və digər dəri problemləri ilə müşayiət olunursa, bu zaman mütləq həkimə müraciət edilməlidir. Bu hallar bəzən tiroid pozuntuları, dermatoloji xəstəliklər və ya otoimmün problemlərin xəbərçisi ola bilər.

Unutmayın ki, mövsümi faktorlar əsas səbəblərdən biri olsa da, kirpik tökülməsi arxasında daha ciddi problemlər də dayana bilər. Vaxtında reaksiya vermək isə həm göz sağlamlığınızı, həm də ümumi rifahınızı qorumaq baxımından vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az