Beynəlxalq Diabet Federasiyasının 2021-ci ildə verdiyi məlumatında bildirilir ki, dünyada 537 milyon əhali şəkərli diabetdən əziyyət çəkir və 2045-ci ilə qədər bu rəqəm 750 milyona qədər çatacaq.
Bu barədə E-saglam.az-a Xətai Tibb Mərkəzindən məlumat verilib. Bildirilib ki, hazırda isə bütün dünyada şəkərli diabet xəstəliyi və onun fəsadları günbəgün artmaqdadır.
Şəkərli diabet xəstəliyinin ilkin əlamətləri hansılardır?
▪️ Susuzluq;
▪️ Tez-tez sidiyə getmə;
▪️ Çəki itirmə;
▪️ Sidik yollarının infeksiyası;
▪️ Bulanıq görmə;
▪️ Qaşınma;
▪️ Yorğunluq;
▪️ Dəridə və ağızda quruluq;
▪️ Ayaqlarda keyimə və s.
Kimlər şəkərli diabetə görə risk qrupuna daxildir?
▪️ Ailəsində şəkər xəstəliyi olanlar (xüsusilə 1-ci dərəcəli qohumlarda);
▪️ Ürək-damar xəstəliyi olan insanlar;
▪️ Artıq çəkisi olanlar;
▪️ Hipertoniyası olanlar;
▪️ 45 yaşından yuxarı şəxslər;
▪️ Gestasional (hamiləlik) diabet anamnezi;
▪️ Yumurtalıqların polikistozu sindromu və s.