Tibbi xəbərlər
Keşyu qabığı piylənməni azalda bilər?
Tibbi xəbərlər
160

Keşyu qabığı piylənməni azalda bilər? Yapon alimlərindən mühüm tədqiqat

Yaponiyanın Tsukuba Universitetinin alimləri keşyu qabığının piylənmə ilə mübarizədə potensial təsirini aşkar ediblər.

E-saglam.az xəbər verir ki, yeni tədqiqatın nəticələrinə görə, keşyu qabığı ekstraktı hüceyrələrdə yağın formalaşmasını və toplanmasını əhəmiyyətli dərəcədə azalda bilir.

Təcrübələr hüceyrə modeli üzərində aparılıb. Alimlər keşyu ləpəsi, qurudulmuş meyvə və qabığın etanol ekstraktlarını müqayisə ediblər. Ən güclü təsir məhz qabıq ekstraktında müşahidə olunub. O, normal hüceyrələrin yağ hüceyrələrinə çevrilməsinin qarşısını alaraq onların yetişməsinə və yağla dolmasına mane olub.

Meyvə sellülozu da hüceyrələrdəki yağ miqdarını azaldıb, lakin daha zəif təsir göstərib. Keşyu ləpəsi yağ hüceyrələrinin yaranmasına birbaşa mane olmasa da, maddələr mübadiləsini yaxşılaşdıran və iltihabı azaldan adiponektin hormonunun səviyyəsini artırıb.

Alimlər bildirir ki, növbəti mərhələdə qabıqdan aktiv maddələr ayrılmalı və onların heyvanlar, daha sonra isə insanlar üzərində təsiri araşdırılmalıdır.

Tədqiqat Scientific Reports jurnalında dərc olunub.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun